...

Quba rayonunda Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş yeni məktəbin açılışı olub

Energetika Materials 15 Sentyabr 2006 16:45 (UTC +04:00)

Sentyabrın 15-də Quba rayonunun Qəçrəş kəndində Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində inşa edilmiş yeni məktəbin açılışı olub. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji" SC-nin mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, SC-nin bölmələri bu təhsil müəssisəsinin tikintisində iştirak edib.

Quba rayon İcra Hakiyyəti başçısı Arzuman Əliyev açılış mərasimində qeyd edib ki, əgər ötən 100 il ərzində rayonda cəmi 16 məktəb inşa edilibsə, son iki il ərzində H.Əliyev Fondunun xətti ilə burada 25-də çox ümumtəhsil məktəbi inşa edilib.

Milli Məclisin deputatı Vahid Əhmədovun sözlərinə görə, bütün regionda analoji məktəb yoxdur. Müasir cihaz və avadanlıqla təchiz olunmuş məktəb 600 şagird üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti