"Azərenerji" səhmdar cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərovun başçılıq etdiyi bir qrup ekspert Yaponiyada Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (YBƏA) tranş ayırması məsələsi ilə bağlı danışıqlar aparır. Trend in xəbər verdiyi kimi, bu barədə səhmdar cəmiyyətin mətbuat xidmətindən məlumat verilib.
Bu vəsaitlər hesabına Bakıdakı 220 kV-luq "Müşviq" yarımstansiyasının transformatorlarının dəyişdirilməsi nəzərdə tutulub.
Səfər zamanı YBƏA tərəfindən keçirilmiş tender zamanı seçilmiş şirkətlə, layihənin baş podratçısı ilə sazişin imzalanması gözlənilir. Podratçı şirkət yarımstansiyanın 200 MVA gücündə olan iki köhnə transformatorunu iki yeni daha güclü (250 MVA) transformatorla əvəz edəcək. Bu, yarımstansiyanın keçirmə qabiliyyətini artıracaq, onun dayanıqlığını yüksəldəcək və işinin fasiləsizliyini təmin edəcək.
Yarımstansiyada habelə rele müdafiə sistemi dəyişdiriləcək, 10 kV-luq qovşaq yenidən qurulacaq, avadanlıq və elektrik ötürücü xətləri dəyişdiriləcək.