...

Naxçıvan Muxtar Respublikasına modul elektrik stansiyası üçün 10 generatorun tədarükü gözlənilir

Energetika Materials 21 Sentyabr 2006 14:57 (UTC +04:00)

Naxçıvan modul elektrik stansiyasının inşasında aparılan beton işləri praktiki olaraq başa çatıb. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Hazırda maşin zallarının, tüstü borularının, radiatorların təməli qoyulub, hər iki maşın zalının binalarının yığılmasına başlanılıb. Beş transformatorun hamısı tikinti sahəsinə çatdırılaraq quraşdırılıb. 10 generator isə yaxın günlərdə Naxçıvana çatdırılacaq.

Digər analoji tipli stansiyalarda olduğu kimi, burada da tikinti üzrə podratçı Finlandiyanın "Wartsila" şirkətidir.

Azərbaycan prezidentinin sərəncamına əsasən, "Azərenerji" SC-yə Bakıda, Naxçıvanda, Astara, Xaçmaz və Şəki rayonlarında quraşdırılacaq 52 belə qurğunun tikintisini və istismarını təmin etmək tapşırılıb. 2006-cı ildə 12 belə elektrik stansiyası Bakı İES-2-nin ərazisində, 10-nu Naxçıvanda, hər birində 10 stansiya olmaqla Xaçmaz və Şəkidə quraşdırılacaq. Hər birinin gücü 8,7 Mvt olan elektrik modullarından ibarət olan bu stansiyalar "Azəriqaz" QSC-nin çatdıracağı təbii qaz vasitəsi ilə işləyəcək.

Bu elektrik stansiyaların inşası Azərbaycanda elektrik enerjisi istehsalının həcmini 450-460 MVt artırmağa imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti