...

Azərbaycan neftinin qiyməti kəskin qalxıb

Energetika Materials 29 Sentyabr 2006 11:46 (UTC +04:00)

Sentyabrın 28-də AZERI LT FOB Ceyhan neftinin qiyməti $61,68/barel təşkil edib, bu isə sentyabrın 27-dəkı qiymətdən $3,02/barel çoxdur. Ötən cümə axşamı AZERI LT FOB Ceyhan neftinin qiyməti $1,80/barel artıb.

Trend xəbər verir ki, sentyabrın 28-də AZERI LT CIF Augusta neftinin qiyməti $62,81/barel təşkil edib, bu isə sentyabrın 27-dəki qiymətdən $3,04/barel çoxdur. Ötən cümə axşamı AZERI LT CİF Augusta neftinin qiyməti $2,11/barel artıb.

Azeri Light növlü neft BP-nin operatoru olduğu Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

Sentyabrın 28-də URAL (EX-NOVO) neftinin qiyməti $57,38/barel təşkil edib, bu isə sentyabrın 27-dəki qiymətdən $2,99/barel çoxdur. Ötən cümə axşamı URAL (EX-NOVO) neftinin qiyməti $1,64/barel artıb.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, URAL növlü nefti Novorossiysk limanından satır. Azeri Light növü daxil olmaqla, keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL nefti kimi satılır. URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir.

Sentyabrın 28-də DTD neftinin qiyməti $60,65/barel təşkil edib, bu isə sentyabrın 27-dəki qiymətdən $3,05/barel çoxdur. Ötən cümə axşamı DTD neftinin qiyməti $1,49/barel artıb. DTD neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti