Rusiyanın RAO "EES Rossii" enerji şirkəti nümayəndəliyinin açılması Azərbaycanda biznesin genişləndirilməsi məqsədini daşıyır. Bu barədə Trend ə "İNTER RAO EES" qapalı səhmdar cəmiyyətinin baş direktor müşaviri Boris Zverev məlumat verib. Hazırda bu məsələnin müzakirəsi gedir, - deyə o qeyd edib.
Azərbaycandakı paylayıcı şəbəkələrin "EES Rossii" şirkətinin idarəçiliyinə verilməsi imkanlarına toxunaraq B. Zverev bildirib ki, əgər Azərbaycan ölkədəki şəbəkələrin idarə olunması ilə bağlı təkliflə müraciət edərsə, şirkət bu məsələni nəzərdən keçirməyə hazırdır. Bu günə qədər isə bu cür təklif daxil olmayıb.
Tariflər məsələsinin müzakirəsi bu ilin sonunda baş tuta bilər. "EES Rossii" Rusiya Federasiyası Federal Tarif Xidmətindən tarifləri noyabr-dekabr aylarında alır. Bundan sonra bu məsələyə baxıla bilər, - deyə B. Zverev qeyd edib.