...

Tbilisidə Gürcüstan, Türkiyə və Azərbaycan energetika nazirlərinin görüşü keçiriləcək

Energetika Materials 5 Dekabr 2006 15:27 (UTC +04:00)

8-9 dekabr tarixlərində Tbilisidə Gürcüstan, Türkiyə və Azərbaycan energetika nazirlərinin görüşü keçiriləcək. Bu görüşdə müzakirə olunacaq əsas məsələ "Şahdəniz" Azərbaycan yatağından Cənubi Qafqaz qaz kəməri vasitəsilə qış mövsümündə Gürcüstana əlavə təbii qazın tədarükü ilə bağlı olacaq.

Gürcüstan Energetika Nazirliyindən Trend in müxbirinə verilən mülumata görə, nazirlərin Tbilisidəki görüşü Gürcüstanın baş naziri Zurab Noqaidelinin noyabrın 30-da Bakıya səfəri zamanı planlaşdırılıb.

Azərbaycan paytaxtına səfərindən sonra Zurab Noqaideli bildirib ki, Tbilisi görüşündə "Şahdəniz" yatağından qazın paylanması ilə bağlı məsələ qəti şəkildə həll olunacaq.

Xəbər lenti

Xəbər lenti