...

BP "Mərkəzi Azəri" yatağında neft hasilatını artırmağa başlayıb

Energetika Materials 13 Dekabr 2006 14:13 (UTC +04:00)

"Azəri"-"Çıraq"-"Günəşli" yataqlarının tam miqyaslı işlənmə layihəsinin operatoru BP "Mərkəzi Azəri" platformasında elektrik generasiya obyektləri ilə bütün problemlərin aradan qaldırıldığını və yatağın bu hissəsindən neft hasilatının həcmini artırmağa başladığını bildirib. Bu barədə Trend ə şirkətdən məlumat verilib.

Hazırda neft hasilatının həcmi sutkada 210 min barel təşkil edir. "Ehtimal olunur ki, hasilat növbəti günün sonunadək əvvəlki səviyyəsinə çatdırılacaq", - deyə BP-dən bildirilib.

"Mərkəzi Azəri"də hasilatın azaldılmasına qədər " Azəri"-"Çıraq"-"Günəşli" yataqlarında sutkada 600 min bareldən çox neft hasil olunurdu. "Azəri" yatağının mərkəzi hissəsində hasilatın həcmi 263 min barel, qərb hissədə- təxminən 150 min barel, şərq hissədə - təxminən 70 min barel və "Çıraq" yatağında - 138 min barel təşkil edib.

BP-dən bildirilib ki, il üçün olan proqnoza görə "AÇG"-dən neftin orta sutkalıq ixrac həcmi yatağın digər hissələrində hasilatın artması hesabına dəyişməz qalır.

Xəbər lenti

Xəbər lenti