...

Azərbaycan hesabat dövründə elektrik enerjisinin idxalını azaldıb

Energetika Materials 16 Dekabr 2006 12:39 (UTC +04:00)

Bu ilin yanvar-oktyabrı ərzində respublikaya 53037,7 min dollar məbləğində 1925,3 mln. kVt/s elektrik enerjisi idxal olunub. Verilən elektrik enerjisinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 14,2% azalıb, ümumi dəyəri isə 0,6% artıb. Bu barədə "trend" Dövlət statistika komitəsinin məlumatına istinadən xəbər verir.

Hazırda elektrik enerjisi Azərbaycana İrandan,Rusiyadan və Gürcüstandan idxal olunur. Türkiyədən və İrandan idxal olunan elektrik enerjisi blokadada yerləşən Naxçıvan Muxtar Respublikasına verilir.

2006-cı ilin yanvar-oktyabrında Azərbaycana 388040,6 min dollar məbləğində 3730,5 mln. kub metr qaz idxal olunub. Bu həcm 2005-ci ilin yanvar-oktyabrından 7,1% azdır.bu ilin yanvar-oktyabrıfnda əldə olunmuş qazın dəyəri ötən ilin analoji dövrü ilə müqayisədə 63,7% yüksəlib.

Azərbaycana təbii qaz tədarükçüsü Rusiyanın "Qazprom" şirkətidir. 2005-ci ildə qaz tədarükü 1 min kub metrə 60 dollar olub. 2006-cı ilin əvvəlindən 1 min kubmetr qaz Azərbaycana 110 dollara başa gəlib.

Yanvar-oktyabr ərzində sement klinkerləri və sement idxalı 54940,6 min dollar məbləğində 1106,7 min ton təşkil edib. Bu həcm ötən ilkindən 26,2% çox, 27,2% bahadır. İdxal olunan məhsulların ümumi həcmindən sement klinkerlərinə 29903,4 min dollar (2005-ci ilin yanvar-oktyabrından 19,3% çox) məbləğində 564,3 min ton (2005-ci ilin yanvar-oktyabrından 4,6% çox) düşür. Sement isə 25037,2 min dollar (2005-ci ilin yanvar-oktyabrından 38,3% çox) məbləğində, 542,4 min ton (2005-ci ilin yanvar-oktyabrından 60,8% çox) həcmində idxal olunub.

Xəbər lenti

Xəbər lenti