...

Azərbaycan, Rusiya və İranın elektrik enerjisi sistemlərinin sinxronlaşdırılması sual altındadır

Energetika Materials 23 Dekabr 2006 12:40 (UTC +04:00)

Azərbaycan, Rusiya və İranın elektrik enerjisi sistemlərinin sinxronlaşdırılması məsələsi gündəlikdən çıxarıla bilər. Bu barədə Trend ə "Azərenerji" səhmdar cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

Onun sözlərinə görə, Rusiya tərəfi elektrik enerjisinin satışını həyata keçirmək niyyətindədir, lakin İran tərəfi yalnız qarşılıqlı mübadiləyə razıdır. Bu zaman Rusiya Azərbaycana elektrik enerjisi tədarükünün həcmini aşağı salmaq niyyətindədir, bu isə öz növbəsində elektrik enerjisinin Rusiyadan Azərbaycana, sonra isə İrana ötürülməsinin keçirmə qabiliyyətini artırmaq üçün nəzərdə tutulan Dərbənd-Yaşma ikinci elektrik ötürücü xəttin tikintisinin zərurətini aradan qaldırır.

Hazırda İran enerji mübadiləsinin 700 MVt-a qədər artırılması üçün Azərbaycanla birgə layihə reallaşdırır. Onun tamamlanması Naxçıvan Muxtar Respublikasına 150 MVt elektrik enerjisi və bütövlükdə qış dövründə Azərbaycanın enerji sisteminə 400 MVt tədarük etməyə imkan verəcək. Proqram İranın Sunir şirkəti ilə birgə reallaşdırılır və ora 330 kilovoltluq Əlibayramlı YES-İmişli elektrik ötürücü xəttin, ikinci İmişli-Parsabad xəttinin, 220 kilovoltluq Əlibayramlı YES-Salyan elektrik ötürücü xəttin, Salyan-Masallı, Masallı -Astara, eləcə də "Salyan" yarımstansiyanın tikintisi və daha dörd yarımstansiyanın genişləndirilməsi daxildir. Elektrik ötürücü xəttin ümumi uzunluğu 350 km təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti