...

Azərbaycan Dövlət Neft Şirkəti BOS Shelf və McDermott şirkətlərinin işçilərinin bir hissəsini cəlb etmək niyyətindədir

Energetika Materials 12 Yanvar 2007 13:19 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) aparatının idarə başçıları Bakı dərin özüllər zavodunda olub, zavod rəhbərliyi və BOS Shelf və McDermott şirkətlərinin nümayəndələri ilə görüş keçirib. Bu barədə Trend ARDNŞ-in məlumatına istinadən xəbər verir.

Görüşdə etibarlıq müddəti 2007-ci ildə başa çatan "Azəri"-"Çıraq"-"Günəşli" müqaviləsi üzrə layihələrdə fəaliyyət göstərən yerli mütəxəssislərin işlə təmin olunması müzakirə olunub.

Dövlət Neft Şirkətinin nümayəndələri iş həcminin azalmasına görə ixtisara düşə biləcək mütəxəssislər haqqında məlumat və proqnozların əvvəlcədən şirkətə göndərilməsinin zəruri olduğunu qeyd ediblər. Bu məsələ ilə bağlı razılıq əldə olunub.

ARDNŞ nümayəndələrinin sözlərinə görə, əldə olunacaq informasiya və proqnozlar, Dövlət Neft Şirkətinin strukturlarında ixtisara düşən yerli mütəxəssislərin müəyyən hissəsinin yerləşdirilməsi və onların təcrübəsindən ARDNŞ tərəfindən reallaşdırılan layihələrdə istifadə olunması böyük əhəmiyyət kəsb edir.

Xəbər lenti

Xəbər lenti