...

Azərkimya Dövlət Şirkətinin bütün hesablarına qoyulmuş həbs götürülüb

Energetika Materials 14 Mart 2007 19:10 (UTC +04:00)
Azərkimya Dövlət Şirkətinin bütün hesablarına qoyulmuş həbs götürülüb

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərkimya Dövlət Şirkəti müəssisədə aparılacaq təmir-bərpa işlərindən sonra istehsalı yeniləşdirəcək. Bu barədə məlumatı çərşənbə günü şirkətdən veriblər. Təmir planına əsasən, işlər iki həftə müddətinə yekunlaşdırılacaq.

Martın 13-də Nazirlər Kabinetində baş nazir Artur Rəsizadənin rəhbərliyi ilə Azərkimya Dövlət Şirkətinin müəssisələrinin fəaliyyətini dayandırması ilə bağlı geniş iclas keçirilib.

İclasda müəssisələrin fəaliyyətinin bərpa edilməsi və qarşıdan gələn Novruz bayramı münasibətilə əmək haqqı borclarının ödənilməsi barədə qərar qəbul olunub. Qeyd olunub ki, dövlət kimya müəssisəsinin fəaliyyətini daha təsirli qurması üçün maliyyə yardımı ayırmağa hazırdır.

Azərkimyadan verilən məlumata görə, bu gün artıq şirkətin bütün hesablarına qoyulan həbslər götürülüb.

Ölkədə 100-dən yuxarı müəssisə fəaliyyət göstərir ki, bunların da 70-80%-i dövlətin balansındadır. Bu cür problemlərin mövcudluğu ucbatından kimya sənayesinin inkişaf tempi aşağı düşür.

Xəbər lenti

Xəbər lenti