...

Azərbaycanla Rusiya enerji mübadiləsinin davam etdirilməsi məsələsini Bakıda müzakirə edəcəklər

Energetika Materials 16 Aprel 2007 13:57 (UTC +04:00)
Azərbaycanla Rusiya enerji mübadiləsinin davam etdirilməsi məsələsini Bakıda müzakirə edəcəklər

Azərbaycan, Bakı / müx. Trend S.Əliyev/ Aprelin üçüncü ongünlüyündə Bakıya RAO "EES Rossii"in nümayəndələri gələcəklər. Məqsəd Rusiya ilə Azərbaycan arasında elektrik enerjisi mübadiləsinin bərpası ilə bağlı danışıqlar aparmaqdır. Bu barədə bazar ertəsi "Azərenerji" Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əskərov məlumat verib.

Qeyd edək ki, müvafiq qərar bu yaxınlarda Moskvada keçirilən danışıqlarda qəbul olunub. Güman edilir ki, yeni müqavilə əsasında iş mayın 1-dən sonra başlayacaq.

Hazırda Rusiya ilə Azərbaycan arasında elektrik enerjisinin mübadiləsi davam edir. Qiymətlər razılaşdırılanədək bu proses sıfır səviyyəsində aparılır. Mübadilə zamanı ötürülən enerjinin həcmləri saxlanılır. Rusiyadan alınan enerji eyni həcmdə geri qaytarılır.

Mövcud razılaşma 2007-ci ilin sonunadək olan müddəti əhatə edir. Lakin tariflər yalnız birinci rüb üçün qəbul edilib. Rusiyadan Azərbaycana idxal olunan elektrik enerjisinin tarifləri 2006-cı ildə tətbiq olunan tariflərlə eynidir-saatda 1 kilovatt enerji üçün 3,636 sent hesablanır. Azərbaycanın Rusiyaya satdığı enerjinin qiyməti isə qaldırılaraq 1,58 sentdən 1,8 sentə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti