Azərbaycan, Bakı / müx. Trend S.Əliyev/ Hazırda Azərbaycan sutka ərzində Gürcüstana 40-50 meqavatt elektrik enerjisi ötürür. Bu barədə bu gün "Azərenerji" Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.
Onun bildirdiyinə görə, Gürcüstan imkanı çərçivəsində ötürülən həcmi geri qaytarır. Yerdə qalan borc isə qonşu ölkədə hidro elektrik stansiyaları tam fəaliyyətə keçdikdən sonra qaytarılacaq.
Qeyd edək ki, Azərbaycanla Gürcüstan arasında enerji mübadiləsi ötən ilin 29 noyabrında imzalanan sazişə əsasən gerçəkləşdirilir.