...

"Azərenerji" SC paylaşdırıcı şəbəkələrdə transformatorların gərginliyini artırır

Energetika Materials 17 Aprel 2007 17:21 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend /Əli Bayramlı rayonunda olan bütün 35/6 kilovoltluq yarımstansiyalarda ötürücü infrastrukturların bərpa olunması üzrə işlər çərçivəsində müxtəlif gərginlikli beş transformator kapital təmir olunub. 110/6 kilovoltluq yarımstansiyalarda ümumi gərginliyi 76 MVA olan üç transformator təmir olunub. Bu barədə "Azərenerji" SC-nin mətbuat xidmətindən məlumat verilib.

Eyni zamanda transformator məntəqələrində gərginliyin artırılması məqsədilə dörd transformator daha güclü transformatorlarla əvəz olunub. 110 kilovoltluq iki, 35-10 kilovoltluq dörd yarımstansiya və 10-6/0,4 transformatorlarınsy 123-də təmir işləri aparılıb.

Əli Bayramlı rayonu üzrə 38 min 500 metr uzunluqda olan elektirk ötürücü xətləri bərpa olunub.

"Əli Bayramlı Regional Enerji Təchizatı" MMC-nin Cəlilabad, Neftçala, Biləsuvar, Hacıqabul, Sflyan və Sabirabad rayonlarında yerləşən şöbələrində analoji işlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti