...

Azərbaycan yenidən Gürcüstana qaz verə bilər

Energetika Materials 10 May 2007 18:04 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Azərbaycan zərurət yaranacağı təqdirdə Gürcüstana birinci rübdə olduğu kimi payız-qışda şəxsi qaz çatdırmalarını bərpa edə bilər. Bu barədə cümə axşamı hökumətdən məlumat verilib.

"Məsələyə Gürcüstan tərəfinin sorğusu əsasında baxıla bilər", deyə hökumətdən bildirilib. Hazırda Gürcüstana "Şahdəniz" yatağından qaz çatdırılması davam etdirilir.

Apreldə Azərbaycan "Azəriqaz"la müqavilə çərçivəsində Gürcüstana qaz çatdırmalarını başa çatdırıb. Bu müqaviləyə əsasən, 105 mln. kub metr qaz çatdırılmalı idi. Gürcüstan üçün qazın dəyəri 1 min kub metrə görə 120 dollar təşkil edir.

Gürcüstanın "Şahdəniz" yatağından bu il 1000 kub metrə görə 63 dollar qiymətinə əldə edəcəyi zəmanətli həcm 250 mln. kub metr təşkil edəcək. Əlavə həcmlər və onların dəyəri danışıqlar predmetidir.

Xəbər lenti

Xəbər lenti