...

Azərbaycanın "Şahdəniz" yatağında növbəti quyunun işə salınması müddəti müəyyən olunub

Energetika Materials 21 May 2007 16:55 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/Mayın sonu -iyunun əvvəlində "Şahdəniz" qaz-kondensat yatağında növbəti quyu istifadəyə veriləcək. Bundan sonra "Şahdəniz"də sutkada 10 mln. kub metr qaz hasil olunacaq. Bu barədə bazar ertəsi Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.

Hazırda Azərbaycan Dövlət Nef Şirkəti (ADNŞ) "Şahdəniz" layihəsi üzrə əməkdaşları ilə bu yataqda qaz hasilatının atrılıması mümkünlüyünü müzakirə edir. Hasilatın ümumi həcminin "Mərhələ-1"də 1 mlrd. kub metrədək artırılmasının mümkünlüyü güman edilir. Bu, quyuların debitinin artırılması hesabına həyata keçirilə bilər.

"Şahdəniz" yatağında qaz hasilatının artırılması 2008-ci ildə baş verə bilər.

"Şahdəniz"in işlənməsi üzrə layihənin "Mərhələ-1" çərçivəsində plato mərhələsində ildə 8,6 mlrd. kubmetr qaz hasil olunacaq. 2007-ci ildə "Şahdəniz"dən 2,8 mlrd kubmetr qaz hasil olunacaq.

Hasilatın 1 mlrd. kubmetrədək artırılacağı təqdirdə plato mərhələsində əməkdaşlar 9,6 mlrd. kubmetrədək qaz əldə edə bilər.

Yanvar-apreldə Azərbaycan "Şahdəniz"dən 281,58 mln. kubmetr qaz (proqnozdan 25,9 faiz az) əldə edib.

Xəbər lenti

Xəbər lenti