...

Gəncədə elektrik enerjisinin oğurlanması ilə bağlı 792 fakt aşkarlanıb

Energetika Materials 13 İyun 2007 17:06 (UTC +04:00)

Azərbaycan, Gəncə/ Trend müxbir V.Məmmədov/ Yanvar-may aylarında Gəncə Elektrik Şəbəkəsin əməkdaşlarının apardıqları reydlər nəticəsində sayğaca qanunsuz müdaxilə və elektrik enerjisinin oğurlanması ilə bağlı 792 fakt aşkarlanıb. Bu barədə çərşənbə günü şəbəkənin mətbuat xidmətinin əməkdaşı Rafiq Abbasov məlumat verib. Onun sözlərinə görə, bu müddətdə129 290,4 manat məbləğində cərimələr kəsilərək abonentlərə ödətdirilib.

"Gəncədə abonentlərin sayı təxminən 70 000-ə çatır. Onların hamısına nəzarət etmək mümkün deyil. Amma bu faktdır ki, 2007-ci ilin 5 ayı ərzində 4 milyon 297 250,4 kilovatt/saat enerji oğurlanıb" deyə Abbasov əlavə edib.

Şəbəkənin mətbuat xidmətinin əməkdaşının bildirdiyinə görə, ötən müddətdə oğurlanan enerjinin yalnız 69,7%-nin pulu vətəndaşlar tərəfindən sonradan ödənilib.

Təxminən 60-a yaxın sayğaca qanunsuz müdaxilə edən abonentin sənədləri Gəncə şəhər Prokurorluğuna göndərilib. Bu vətəndaşlar cərimələri ödəməkdən imtina edən şəxslərdir.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti