...

ARDNŞ Ceyhandan neftinin satışı üzrə tender elan edib

Energetika Materials 29 İyun 2007 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend V.Şərifov/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Ceyhan limanına çatdırılan Azeri Light markalı neftin satışına dair tender elan edib. Bu barədə cümə günü ARDNŞ-dən verilən məlumatda deyilir.

Partiyanın həcmi 1 mln. barrel (yaxud 135 min ton) təşkil edəcək. Yüklənib-daşınma iyulun 24-26-na planlaşdırılır. Tenderin nəticələri iyulun 3-də bəlli olacaq.

İyunun 28-də AZERI LT FOB Ceyhan neftinin qiyməti $71,21/barrel (əvvəlki qiymətlə müqayisədə $0,63/barrel artıb) təşkil edib.

ARDNŞ-in neftini 2007-ci ildə Ceyhandan bu şirkətlər alıb:

Glencore Energy UK Ltd - yanvar (1 mln. barrel);

VİLMA OİL S.L - yanvar - fevral (1 mln. barrel);

Select Energy GmbH - fevral (600 min barrel);

Select Energy GmbH - fevral-mart (1 mln. barrel);

Glencore Energy - mart (1 mln. barrel);

Addax - mart (1 mln. barrel);

Sumato Energy - aprel (1 mln. barrel);

Select Energy - aprel (1 mln. barrel);

Arcadia - may (2 mln. barrel);

OMV Supply may (1 mln. barrel);

Shell - iyun (1 mln. barrel).

Xəbər lenti

Xəbər lenti