...

NABUCCO Xəzər qazına olan tələbatın həcmini açıqlayıb

Energetika Materials 29 İyun 2007 21:15 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ NABUCCO qaz kəmərinin tikintisinə tələb olunan investisiya 5 mlrd. avro dəyərində qiymətləndirlir. Bu barədə Nabucco gas pipeline international GmbH məlumatında göstərilib.

Kəmərin maksimum buraxılış gücü illik 31 mlrd. kubmetr səviyyəsində nəzərdə tutulur. Boru kəmərinin eni 56 düyüm, uzunluğu 3 min km. təşkil edəcək.

Məlumatda göstərilir ki, uzunmüddəli perspektivdə Avropaya təbii qazın idxal payı hazırkı 24 faizdən 34 faizə qədər artacaq.

Marketinq araşdırmaları göstərir ki, 2020-ci ildə Xəzər regionu və Yaxın Şərqdən 25-30 mlrd. kubmetr qaz tədarük olunacaq.

NABUCCO gas pipeline international 24 iyun 2004-cü ildə yaradılıb. Şirkətin baş ofisi Vyanada yerləşir. Şirkətin səhmdarları (hər biri 20 faiz) OMV Gas International, MOL, Transgaz, Bulgargaz Holding vəBotas şirkətləridir.

Kəmərin tikintisinin birinci mərhələsində 2009-cu ilə 2 min km. uzunluğunda Ankaradan (Türkiyə) Baumqartenə (Avstriya) qədərə hissənin tikintisi planlaşdırılır.

Tikinti başa çatdıqdan sonra Türkiyə-Gürcüstan və Türkiyə-İran sərhədində mövcud olan boru kəmərlərinin yeni qaz kəmərinin Türkiyə sərhədinə birləşdirilməsi üçün iki illik dövrdə istifadə olunacaq.

Bu, 2012-ci ildə illik 8 mlrd. kubmetr qaz tədarük etməyə imkan verəcək.

Layihənin ikinci mərhələsi 2012-2013-cü illərdə Gürcüstan-Türkiyə və İran-Türkiyə arasında əlavə iki kəmərin tikintisini nəzərdə tutur.

Üçüncü mərhələ isə kəmərin gücünün illik tədricən 31 mlrd.-a çatdırılması üçün əlavə kompressor stansiyalarının tikintisini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti