...

ARDNŞ-in tresti yeni quyuların qazılmasına başlayıb

Energetika Materials 28 İyul 2007 11:01 (UTC +04:00)

Azərbaycan, Bakı /müx Trend S.Əliyev/ ARDNŞ-dan verilən məlumata görə, Azərbaycan Dövlət Neft Şirkətinin "Kompleks qazma işləri" tresti iyul ayında səkkiz yeni quyunun qazma işlərinə başlayıb.

Quyulardan biri "Günəşli" yatağında qazılır, bu quyu neft şirkətinin qazın hasilatının genişləndirilməsi üzrə proqramının reallaşması prosesində xüsusi yer tutur. Quyunun layihə dərinliyi 2600 metr təşkil edir.

Həmçminin "Kalmaz" (layihə dərinliyi 2450 metr), "Qala" (layihə dərinliyi 2130 metr), "Balaxanı" (layihə dərinliyi 1300 metr), "Bibiheybət" (layihə dərinliyi 1400 metr), "Pirallahı" (layihə dərinliyi 800 metr) yataqlarında, o cümlədən "Saadan" yatağında iki quyu qazılmaqdadır (layihə dərinliyi 1300 və 1400 metr).

Xəbər lenti

Xəbər lenti