...

Vitse-prezident: "E.ON Ruhrgas" Xəzər qazı ilə İtaliya, Türkiyə, Bolqarıstan və Rumıniyanı təmin etmək istəyir"

Energetika Materials 3 Avqust 2007 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend A.Bədəlova/ Almaniyanın "E.ON Ruhrgas" şirkəti Xəzər regionunun qazı ilə İtaliya, Türkiyə, Bolqarıstan və Rumıniya bazarlarını təmin etməkdə maraqlıdır. Bunu Trend a şirkətin vitse-prezidenti Tomas Gizel (Thomas Giesel) deyib.

Onun sözlərinə görə, şirkət Xəzər qazı ilə təkcə Almaniya bazarını yox, həmçinin coğrafi baxımdan ölkəyə yaxın olan ölkələri təmin etmək niyyətindədir. "E.ON Ruhrgas" həmin ölkələrdə möhkəm mövqelərə malikdir.

"Qiymətdən başqa bizim qaz nəqli ilə bağlı işimizdə başlıca kriteriya resurslarımızın balanslaşdırılmış birliyi və onların uzunmüddətli təhlükəsizliyidir" - deyə Gizel vurğulayıb.

"E.ON Ruhrgas AG" iri enerji şirkətidir. Onun müəssisələrində 66 min adam işləyir. Şirkət 2000-ci ildə "VEBA" və "VIAG" şirkətlərinin birləşməsi nəticəsində yaradılıb. 2004-cü ildə onun tərkibinə "Ruhrgas" qaz konserni daxil olub.

Gizelin sözlərinə görə, türkmən qazı da Almaniya bazarını maraqlandırır. "Güman ki, türkmən qazı Türkmənistana coğrafi baxımdan yaxın ölkələrin bazarları ilə müqayisədə daha rəqabətədözümlüdür" - deyə "E.ON Ruhrgas"ın vitse-prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti