...

Baş nazir: Qazaxıstan Eni şirkətini "Kaşaqan" yatağının operatorluğundan məhrum edə bilər

Energetika Materials 8 Avqust 2007 16:38 (UTC +04:00)
Baş nazir: Qazaxıstan Eni şirkətini "Kaşaqan" yatağının operatorluğundan məhrum edə bilər

Azərbaycan, Bakı/ Trend / Qazaxıstan hökuməti Eni şirkətini "Kaşaqan" yatağının operatoru statusundan məhrum edə bilər. "İnterfaks"ın yaydığı xəbərə görə, bunu ölkənin baş naziri Karim Masimov "The Wall Street Journal"a müsahibəsində bəyan edib. "Biz layihənin necə yerinə yetirilməsindən güclü şəkildə məyus olmuşuq, əgər operator bu məsələni həll edə bilmirsə, biz mümkün əvəzetməni istisna etmirik" - deyə Masimov qeyd edib.

Analitiklərin fikrincə, layihənin mürəkkəbliyilə əlaqədar çətin ki Qazaxıstan hökuməti bu cür addım atsın. Güman olunur ki, onlar böyük iştirak payı və onun daha tez ödənilməsini tələb edəcəklər.

Eni mətbuat katibi bildirib ki, konsorsium Qazaxıstan hökuməti ilə əlaqə saxlayır və o bu məsələnin uğurla həll olunacağına əmindir. Daha öncə Eni neft hasilatının2005-ci ildə, daha sonra 2008-ci ildə, fevralda isə 2010-cu ilin sonunda olacağını bəyan edib.

Şirkət bildirib ki, layihənin həcmini düzhgün dəyərləndirməlyib. Şirkətin hesablamalarına görə hasilatın pik nöqtəsi - sutkada 1,5 mln. barel 2019-cu ildə olacaq. Daha öncə isə bu göstərici 1016-cı il üçün sutkada 1,2 mln. barel həcmində proqnozlaşdırılırdı. Şirkət həmçinin dolların ucuzlaşması və tədarük xərclərinin artmasını da bəhanə kimi göstərib.

Eni yenidən qiymətləndirməsini iyun ayında Qazaxıstan hökumətinə təqdim edib. Ötən həftə isə Masimov konsorsiumu 1997-ci il razılaşmasının şərtlərini pozmaqda ittiham edib və "müvafiq tədbirlər" görməklə hədələyib.

Qazaxıstan rəsmi şəxsləri bildirirlər ki, Eni layihənin investisya qiymətləndirilməsini 57 mlrd. dollardan 136 mlrd. dollara qədər artırıb. Analitiklərdə şübhə doğuran bu rəqəmlər şirkət tərəfindən də təsdiq olunub. "Xərclər 5%, 10% artanda bu bir şeydir, amma 2,5 dəfə artanda bu ya qeyri düzgün planlaşdırma, yaxud istifadə, ya da bilərəkdən edilir" - deyə Masimov müsahibəsində bildirib.

Qazaxsıtanın narazılığı 1997-ci il razılaşmasının şərtlərinə yönəlib. Belə ki, Saxalində Shell şirkəti ilə olduğu kimi, bu investora hökumətə onun gəlir payını ödəməzdən öncə Kaşaqandan əldə olunan gəlirlər hesabına öz xərclərini ödəməyə imkan verir. Layihədə 8,3% iştirak payına malik olan "KazMunayQaz"ın xərclərin artacağı təqdirdə o əlavə investisyanın müvafiq hissəsini ödəməlidir.

"Bu o deməkdir ki, məktəb və xəstəxanalar az tikiləcək. Bununla bağlı da ictimaiyyədə narazılıq var" - deyə baş nazir söyləyib.

Xəbər lenti

Xəbər lenti