...

VTB (Azərbaycan) 10,4 faizədək gəlirliliklə "Avans" əmanətini istifadəyə verir

Maliyyə Materials 8 Oktyabr 2021 10:45 (UTC +04:00)

Bakı. Trend:

VTB (Azərbaycan) müştərilərinə 10,4%-dək gəlirliliklə yeni "Avans" əmanətini təklif edir. Müştərilər depozit aça və faiz ödənişlərini öncədən ala bilərlər.

Depozit manatla 1095 günə qədər yerləşdirilə bilər. Minimum əmanət məbləği 500 manatdır. Müştərilər eyni məbləğ və müddət üçün vəsait yerləşdirmə müddətini bir dəfə uzada bilərlər. Qismən mədaxil və ya pul çıxarılması təmin edilmir.

“Azərbaycanlıların maliyyə fəallığı ənənəvi olaraq ilin sonuna artır. Təkcə VTB-də fiziki şəxslərin depozit portfeli ilk 8 ayda 22,4% artmaqla 32,4 milyon manata çatıb. Bir çox müştəri sərfəli yerləşdirmə variantları axtarır. Əmanətlərə olan yüksək tələbatı nəzərə alaraq, VTB (Azərbaycan) faizləri əvvəlcədən ödəməklə bazarda analoqu olmayan bir əmanət təklif edir. Strateji məqsədimiz müştərilərimizə davamlı olaraq bu cür rahat və faydalı məhsullar təklif etməkdir”, - deyə İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin şərh etdi.

VTB (Azərbaycan) müştərilərinin "Universal" və "Sərfəli" uzunmüddətli və "Sərbəst" qısamüddətli əmanətləri də var.

VTB-nin (Azərbaycan) ümumi depozit portfeli ilin əvvəlindən 17,4% artaraq avqustun sonuna 96,7 milyon manat təşkil etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti