...

“PAŞA Bank” 15-ci ilində biznes kreditlərinə endirim təklif edir

Maliyyə Materials 22 İyun 2022 11:29 (UTC +04:00)
“PAŞA Bank” 15-ci ilində biznes kreditlərinə endirim təklif edir

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank” fəaliyyətinin 15 illiyi münasibətilə kiçik və orta biznes sahiblərinə onlayn biznes kredit və kredit xətti məhsulları üzrə 15 gün ərzində xüsusi endirim təklif edir.

Belə ki, 5 iyuladək kampaniya çərçivəsində onlayn biznes kredit və kredit xətti məhsulları üzrə birdəfəlik komissiyaya 15% endirim tətbiq olunacaq.

Endirimdən yararlanmaq üçün qeyd olunan tarix aralığında müştərinin kredit üzrə müraciət formasını dolduraraq sorğunu göndərməyi kifayətdir. Kredit sorğusu təsdiqləndiyi halda endirim tətbiq olunacaq.

Qeyd edək ki, “PAŞA Bank”ın 11%-dən başlayan 250 000 AZN-dək onlayn biznes kreditləri girov tələb olunmadan və cəmi 1 gün ərzində təqdim olunur. Kredit üzrə müraciət tamamilə onlayn həyata keçirilir.

Müraciət göndərmək üçün keçid: https://pshb.az/3MJW81C

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti