...

Yeni nəsil kassa aparatları ilə dövriyyə 50 faizə yaxın artıb

Maliyyə Materials 15 Noyabr 2022 10:17 (UTC +04:00)

Bakı. Trend:

Yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə dövriyyə 18,6 mlrd. manatdan çox olub.

Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, qurum tərəfindən ölkədə NKA-nın tətbiqi istiqamətində işlər davam etdirilir.

Noyabrın 1-nə ölkə ərazisində 77.979 ədəd yeni nəsil NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2022-ci ilin yanvar-oktyabr aylarında həmin NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 18 milyard 605,9 milyon manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti