...

Azərbaycan bankları "MasterCard"la əməkdaşlığı genişləndirəcək

Maliyyə Materials 15 Dekabr 2022 11:03 (UTC +04:00)
Azərbaycan bankları "MasterCard"la əməkdaşlığı genişləndirəcək
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bankları "MasterCard"la "Cross Border Send" (pul vəsaitlərinin bank hesablarına köçürülməsi) layihəsi üzrə əməkdaşlıqda maraqlıdırlar.

Trend-in məlumatına görə, bunu "MasterCard"ın Azərbaycan və Türkiyə üzrə baş direktoru Avşar Gürdal 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu günə kimi dörd bankla əməkdaşlıq haqqında razılıq əldə olunub.

"Yaxın vaxtlarda daha 3 bankla da analoji razılaşmanın əldə olunması gözlənilir. Şübhə etmirik ki, bütün banklar buna qoşulacaq", - deyə Gürdal bildirib.

O bildirib ki, bu həllin tətbiqinin genişləndirilməsi nağdsız ödənişlərin sayını və həcmini artıracaq, vəsaitlərin hərəkətində şəffaflığın daha da artmasına səbəb olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti