Bakı.Trend:
Korporativ Sosial Məsuliyyətinə strategiyasına sadiq qalan Yelo Bank həssas əhali qrupuna dəstəyini davam etdirir. Bank ötən həftə Özünüməşğulluq layihəsi çərçivəsində müxtəlif regionlarda aztəminatlı ailələrin şəxsi biznes arzularını gerçəkləşdirdi.
Belə ki, Bank dərziliyə həvəsli, lakin maddi cəhətdən imkanları məhdud olan Ağdam sakini Həsənov Ələddinə kiçik dərzi sexi üçün lazım olan bütün avadanlıqları təqdim etdi. Yelo Bankın dəstək olduğunu növbəti vətəndaş isə Ağcabədidə yaşayan Səməd Orucovdur. O da həmişə avtotəmizləmə xidməti ilə məşğul olmaq istəyib. Bankın dəstəyi ilə o artıq bu xidmət üzrə şəxsi biznesini quracaq. Salyanda yaşayan Dilarə Abdullayeva Bankın dəstək olduğu növbəti sahibkarlardan biridir. Bank, un məmulatları istehsalatı üçün lazım olan bütün avadanlıqları təqdim etməklə Dilarə xanıma da öz şəxsi biznesini qurmağa şərait yaratdı. Beləliklə, ölkədə qadın sahibkarlığının inkişafı istiqamətində Yelo Bank öz töfhəsini verməyə davam edir.
Qeyd edək ki, Yelo Bank cari layihədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair imzalanan memoranduma əsasən iştirak edir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlar istehsal və ya xidmət avadanlığı ilə təmənnasız təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır. Yelo Bank cari ilin sonunadək daha bir neçə vətəndaşa dəstək olacaq.
Avtomobil krediti haqqında əlavə sualınız var? O zaman 981
nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!