...

Bu ilin 1-ci rübü üzrə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti açıqlanıb

Maliyyə Materials 12 İyun 2024 11:28 (UTC +04:00)
Bu ilin 1-ci rübü üzrə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti açıqlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin 1-ci rübü üzrə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 1,7 milyard ABŞ dolları olub.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov bu gün keçirilən brifinqdə deyib.

"Birinci rübün nəticələrinə görə, cari əməliyyatlar hesabının profisiti 1,7 milyard ABŞ dolları təşkil edib ki, bu da ÜDM-in 10,1 faizini təşkil edir", - o deyib.

Qeyd edək ki, Mərkəzi Bank 2024-cü ilin yekunlarına görə cari əməliyyatlar hesabının profisitinin 7 milyard ABŞ dolları dəyərində olacağını proqnozlaşdırır.

2023-cü ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub (2022-ci ilin göstəricisi ilə müqayisədə 64,7 faiz azalma).

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti