...

Azərbaycanda bank sahəsində ciddi inkişaf potensialı mövcuddur – Barings

Maliyyə Materials 10 Sentyabr 2024 14:14 (UTC +04:00)
Azərbaycanda bank sahəsində ciddi inkişaf potensialı mövcuddur – Barings
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bank sahəsində ciddi inkişaf potensialı mövcuddur.

Trend xəbər verir ki, bu barədə Barings-in icraçı direktoru Lemer Salah "Chain Reaction 2024" forumunda "Web 3 və onun sabit gəlir bazarına təsiri" təqdimatında bəyan edib.

"Azərbaycanda iqtisadiyyat hazırda kifayət qədər sabit göstəricilər nümayiş etdirir. Bu, ölkəyə həm dövlətin, həm də bank sektorunun maliyyə balansında güclü mövqelərdən effektiv istifadə edərək daha çox birbaşa xarici sərmayə (FDI) cəlb etməyə imkan verir. Azərbaycana Asiyada, Latın Amerikasında və Yaxın Şərqdəki inkişaf etməkdə olan bazarlarla müqayisə edərkən, ölkənin bank sahəsində ciddi inkişaf potensialına malik olduğu açıq-aydındır. Güclü iqtisadiyyat, sabit gəlirlər və mərkəzləşdirilmiş idarəetmə daha da inkişaf üçün mükəmməl şərait yaradır.

Bu yolda əsas addımlardan biri, daha çox FDI cəlb etmək məqsədilə istiqrazların buraxılması olmalıdır. Bu, yalnız bank sektorunun möhkəmlənməsinə deyil, həm də onun daha da inkişafına töhfə verəcək. Bundan əlavə, ölkə blockchain və digər müasir texnologiyalar kimi yeni iqtisadi seqmentlərə 'keçid' imkanlarına malikdir. Bu addım Azərbaycanın yeni kapital bazarını yaratmasına və iqtisadi inkişafını sürətləndirməsinə imkan verəcək", - o bildirib.

Onun sözlərinə görə, Azərbaycanın reytinqi bir sıra ölkələrdən daha yüksəkdir.

"Qeyd etmək lazımdır ki, kredit reytinqi baxımından Azərbaycan BB+ səviyyəsində qiymətləndirilir, bu da onu yüksək gəlirli istiqrazların emitenti edir. Lakin bu reytinq Türkiyə və Latın Amerikası və Asiyanın əksər ölkələrindən daha yüksəkdir. Bu, ölkənin iqtisadiyyatını diversifikasiya etmək, neft və qaz gəlirlərindən asılılıqdan yeni sektorlara keçmək üçün əlverişli şərait yaradır", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti