...

Almaniyanın xarici işlər nazirinin müavini ilə görüş keçirilib

Yaşıl iqtisadiyyat Materials 29 Yanvar 2024 12:50 (UTC +04:00)
Almaniyanın xarici işlər nazirinin müavini ilə görüş keçirilib
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Federativ Respublikasının xarici işlər nazirinin müavini xanım Cennifer Morqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) hazırlıq prosesi üzrə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Şərqi Avropa regional qrupu 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasını (COP29) keçirmək üçün Azərbaycanı seçib. Bu barədə qərar dekabrın 11-də Dubayda keçirilən COP28 konfransı çərçivəsində rəsmi şəkildə elan olunub. COP29 konfransının Azərbaycanda 2024-cü ilin noyabr ayında keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti