...

Azərbaycan bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə neytrallıq prizmasından yanaşır - Yalçın Rəfiyev

Yaşıl iqtisadiyyat Materials 15 Aprel 2024 11:34 (UTC +04:00)
Azərbaycan bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə neytrallıq prizmasından yanaşır - Yalçın Rəfiyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan konfransa ev sahibliyi mandatı çərçivəsində bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə şəffaflıq, inklüzivlik və neytrallıq prizmasından yanaşır.

Trend xəbər verir ki, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bu barədə COP29 Sədrliyinin ilk mətbuat konfransı zamanı çıxışında bildirib.

“COP29 danışıqlarının əsas mövzuları, o cümlədən, iqlim maliyyələşməsi bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur və danışıqların uğurlu nəticələnməsi istiqamətində mümkün həll yolları üzərində fəal iş aparılır”,- deyə o bildirib.

Qeyd edək ki, bu gün 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı COP29-un baş qərargahında ilk mətbuat konfransı keçirilib. Tədbirdə COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, COP29-un baş icraçı direktoru Elnur Soltanov, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, COP29-un İqlim üzrə Gənclər Çempionu Leyla Həsənova çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti