...

"AzInTelecom" dayanıqlı inkişaf və "yaşıl" texnologiyalara diqqəti artıracaq

Yaşıl iqtisadiyyat Materials 24 Aprel 2024 16:20 (UTC +04:00)
"AzInTelecom" dayanıqlı inkişaf və "yaşıl" texnologiyalara diqqəti artıracaq
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" (Azerbaijan International Telecom) MMC BMT-nin dayanıqlı inkişaf üzrə Qlobal Sazişinə qoşulub.

Trend bu barədə "AzInTelecom"in rəhbəri Elxan Əzizovun sosial şəbəkədəki məlumatına istinadən xəbər verir.

"Ekoloji, sosial və korporativ idarəetmədə (ESG) davamlı inkişafın təşviqini dəstəkləyirik. BMT-nin dayanıqlı inkişaf üzrə Qlobal Sazişinin insan hüquqlarına riayət, korrupsiya ilə mübarizə, gender bərabərliyi, ətraf mühitin mühafizəsi ilə bağlı 10 prinsipinə riayət etməyə çalışırıq", - deyə E.Əzizov vurğulayıb.

Onun sözlərinə görə, MMC öz fəaliyyətində "yaşıl" texnologiyaların populyarlaşmasına diqqətini artıracaq.

"2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsini və Bakıda COP29 tədbirinin keçiriləcəyini nəzərə alaraq, MMC-miz ekologiya və "yaşıl" texnoloji həllərin inkişafına yüksək diqqət yetirəcək", - o deyib.

Qeyd edək ki, "AzInTelecom" MMC-nin fəaliyyəti bulud həlləri, Azərbaycan və digər ölkələr arasında beynəlxalq səs trafikinin ötürülməsi, informasiya təhlükəsizliyi üzrə xidmətlər və SİMA rəqəmsal həllər platormasının fəaliyyətini əhatə edir.

"Şirkətin strategiyası insani dəyərlər, etibarlılıq, innovasiyalar, adaptivlik, şəffaflıq və məxfilik kimi əsas xüsusiyyətlər üzərində qurulub", - deyə "AzInTelecom" MMC-nin rəhbəri əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti