...

Azərbaycan Kazaxstanda keçirilən elektrik rabitəsi üzrə iclasda iştirak edir

Telekommunikasiya Materials 26 Sentyabr 2007 06:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Azərbaycan regional əməkdaşlıq Komissiyası nəznində glektrik rabitə və şəbəkə rabitəsinin idarəolunması işçi qrupunun iclasında iştirak edir. Bu haqda çərşənbə axşamı Azərbaycan Rabitə və informasiya texnologiyaları nazirliyindən xəbər veriblər.

25-27 sentyabrda Almatıda keçirilən görüşdə Aztelekom İstehsalat birliyi Baş direktorunun müavini Mehman Həsənov iştirak edir .

İclasın gündəliyinə " Kazaxtelekom " SC telekommunikasiya şəbəkəsinin idərəolunması üçün avtomatlaşdırılmış idarə sisteminin tədbiqi , onun nümayişi , beynəlxalq xidməti rabitə şəbəkəsinin yaradılması işlərinin gedişi , " Kazaxtelekom " SC və " Qırğıztelekom " ASC arasında olan beynəlxalq xidməti rabitə şəbəkəsinin işinin nümayişi , keçirilən videokonfransrabitə test seanslarını barədə informasiya , istifadədə olan texnoloji proseslərə standart məlumat formalarının daxil edilməsi məsələləri daxildir .

Xəbər lenti

Xəbər lenti