...

Aztelekom İB Naxtel ilə müqavilə bağlayıb

Telekommunikasiya Materials 14 Fevral 2008 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral/ Trend , müxbir S.Babayev/ Aztelekom İB Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Naxtel simsiz rabitə şəbəkəsi vasitəsilə CDMA (Code Division Multiple Access) üzrə rouminq müqaviləsi imzalayıb. Bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat verib.

Müqaviləyə əsasən, Naxçıvan Muxtar Respublikasında (MR) CDMA texnologiyasına əsaslanan Naxtel simsiz rabitə şəbəkəsinin 3 500 abunəçisi bundan sonra CDMA xidmətlərindən təkcə NMR-də deyil, ölkənin digər bölgələrində, öz növbəsində, Aztelekom CDMA abunəçiləri də Naxçıvan MR ərazisində zənglər həyata keçirə biləcəklər. Bununla yanaşı Aztelekom və Bakı Telefon Rabitəsi (BTRİB) arasında rouminq müqaviləsinin köməyi ilə Naxtel abunəçiləri, o cümlədən, Bakı şəhərində də zənglər edə bilərlər. Lakin Aztelekom Muxtar Respbulika istifadəçiləri üçün xüsusi tarif planı müəyyənləşdirib.

Ötən il Aztelekom İB-in əhatə dairəsi ölkənin 50 faizdən çox yaşayış məntəqəsini - 12 rayon və şəhəri əhatə edib. Operatorun istifadəçilərinin sayı 10 mini ötüb.

1995-ci ildə ilk dəfə olaraq, kommersiya məhsulu kimi təqdim edilən CDMA dünyada ən sürətli simsiz texnologiyalardandır. 1999-cu ildə Beynəlxalq Elektrorabitə İttifaqı (International Telecommunications Union) CDMA-nı "üçüncü nəsil" (3G) yeni simsiz rabitə sistemləri üçün sənaye standartı qismində seçib.

Xəbər lenti

Xəbər lenti