...

Azərbaycanda internet qiymətləri 40 faiz azalacaq - "Aztelekom" İB-in rəhbəri

Telekommunikasiya Materials 9 Aprel 2008 20:05 (UTC +04:00)
Azərbaycanda internet qiymətləri 40 faiz azalacaq - "Aztelekom" İB-in rəhbəri

Azərbaycan, Gəncə, 09 aprel / Trend , V.Məmmədov/ İlin sonuna qədər Azərbaycanda internet şəbəkəsi xidmətlərinin qiymətləri 30 - 40 faiz azaldılacaq, - cümə axşamı "Aztelekom" İB rəhbəri Məhəmməd Məmmədov, rabitə sahəsində bölgə həmrəyliyi çərçivəsində, Gəncədə keçirilən iclasda bildirib.

"Dörd il əvvəlki dövrlə müqayisədə, hazırda ölkədə internet qiymətləri yeddi dəfə azaldılıb" -deyə o bildirib.

Məmmədovun sözlərinə görə, Azərbaycan MDB - də yeganə ölkədir ki, internetlə bütün bölgələr təmin olunub. "Azərbaycan paytaxtında genişzolaqlı internet istifadəçiləri, bölgələrdə isə, əsasən, dial-up qoşulması istifadə olunur ki, bunun da sürəti çox zəifdir" - deyə İB rəhbəri bildirib.

Azərbaycanda 30 internet -provayderi fəaliyyət göstərir ki, onlardan yalnız ikisi dövlət şirkətidir.

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, Azərbaycanda internet istifadəçiləri bir milyon nəfərdir.

Xəbər lenti

Xəbər lenti