...

Azercell Telecom abunəçilərini mayın 21-də rabitədə yarana biləcək problemlərlə bağlı xəbərdar edir

Telekommunikasiya Materials 21 May 2008 23:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may/ Trend / Azərbaycanın mobil rabiət operatoru Azercell Telecom - mayın 21-dən 23.00-dan səhər saatlarınadək bəzi xidmətlər üzrə mümkün problemlər haqqında xəbərdar edir. Bu barədə şirkətdən məlumat veriblər. Bu operatorun şəbəkəsinin təkmilləşdirilməsi üzrə işlərlə bağlıdır.

Şirkət rabitənin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə dövri olaraq analoji işlər aparır.

Bu gün Azercell Telecom-un abunəçilərinin sayı 3 mln. nəfərdən çoxdur.

Azercell Telecom MMC 1996-cı il yanvarın 16-da təsis edilib. Şirkət Azərbaycanın Rabitə Nazirliyi (35,7 faiz) və Fintur Holdings BV şirkətinin (64,3 faiz) birgə müəssisəi kimi təsis edilib. Fintur Holdings BV şirkətinin səhmlərinin 58,55 faizi TeliaSonera, 41,45 faizi isə Turkcell şirkətinə məxsusdur. Bu gün o tam özəlləşdirilmiş özəl şirkət kimi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti