...

Azərbaycanın rabitə nazirinin müavini İtaliyada keçirilən forumda iştirak edir

Telekommunikasiya Materials 19 İyun 2008 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend / Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin (RİTN) müavini Elmir Vəlizadə İtaliyada səfərdədir. RİTN-nin mətbuat xidmətindən verilən məlumata görə, o, iyunun 17-dən 19-dək Ankonda keçirilən yeddinci "Bilik iqtisadiyyatı Forumu"nda (Knowledge Economy Forum - KEF VII) iştirak edir.

Dünya Bankının Marşa Siyasi Universiteti ilə birgə təşkil etdiyi forumun mövzusu

"Kiçik və orta innovasiya müəssisələrində texnologiyaların birləşdirilməsi"ndən ("Technology Absorption by Innovative Small and Medium Enterprises") ibarətdir.

Forum iştirakçıları kiçik biznes arasında əməkdaşlığın faydası, dövlət tərəfindən kiçik və orta müəssisələrə dəstək və s. məsələləri müzakirə edir.

Səfər çərçivəsində Azərbaycanın nazir müavini ikitərəfli görüşlər keçirəcək.

Bu forum ilk dəfə olaraq 2002-ci ildə Parisdə təşkil olunub, bundan sonra analoji forum Dünya Bankının dəstəyi ilə hər il keçirilir.

Xəbər lenti

Xəbər lenti