...

Azərbaycan Malayziya operatoru ilə peyk üçün orbitral mövqeyin əldə edilməsi üzrə danışıqlar aparacaq

Telekommunikasiya Materials 24 Noyabr 2008 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr/ Trend , müxbir S.Babayeva/Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin (RİTN) müavini İltimas Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bazar ertəsindən Kuala -Lumpurda (Malayziya) səfərdədir. Bu barədə RİTN -dən məlumat verilib.

"Səfərdə məqsəd iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafından ibarətdir", - deyə nazirlikdən bildiriblər.

Nümayəndə heyəti Malayziyanın "MEASAT" operatoru ilə otbitral mövqeyin əldə edilməsi, peykin orbitə buraxılması sahəsində təcrübə mübadiləsi və raket daşıyıcılarının seçilməsi üzrə danışıqlar aparacaq.

Səfər noyabrın 26 - dək davam edəcək.

Azərbaycanın rabitə peyki AzerSat-ın buraxılması üzrə layihənin dəyəri təqribən 200 mln. dollar qiymətləndirilir. Peykin əhatə dairəsinə Avropa və Asiyanın bir hissəsi - Qazaxıstan, Türkmənistan və İran daxil olacaq.

Nazirlikdə hesab edirlər ki, peyk 2010 - cu ildə buraxıla bilər. AzerSat -ın istismar müddəti 18 -19 ildir.

Xəbər lenti

Xəbər lenti