...

Azərbaycanın mobil rabitə operatoru yeni il kampaniyasını elan edib

Telekommunikasiya Materials 2 Dekabr 2008 20:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr/ Trend /Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom "Yeni il 2009" yeni il kampaniyasını elan edib. Şirkətin məlumatında bildirilir ki, 2008 - ci il dekabrın 1 - dən 2009 - cu il fevralın 29 - dək SimSim - ə qoşulan bütün yeni abonentlər "Yeni il 2009" kampaniyasında iştirak edəcək, müxtəlif hədiyyələr -  2 il ərzində hər ay pulsuz 300 kontur, 2-illik pulsuz GizlətCELL xidməti alacaqlar.

Göstərilmiş dövr ərzində davam edəcək kampaniyada yalnız yeni SimSim abunəçiləri iştirak edə bilərlər.

Abonentlər kampaniya çərçivəsində hər ay təqdim olunan pulsuz 300 konturu kampaniyaya qoşulduqdan sonra 2-ci aydan etibarən almağa başlayacaqlar. Pulsuz konturları hər ay almaq üçün abonentlər öz balanslarına ən azı 1 danışıq kartı yükləməlidirlər. Əks halda, abonentin kampaniyada iştirakı dayandırılır.  Kampaniya abonentlerinə, həmçinin, 500 kontur və 1 ay açıq xətt veriləcək.

Kampaniyaya keçid abonentləri şəbəkəyə qoşulduqları andan başlayaraq 24 saat ərzində baş verir.  Kampaniya abonentləri Azercell Fakturalı Xətt sisteminə keçdikləri və deaktiv olduqları halda kampaniyadan çıxarılacaq. Kampaniyadan çıxmış abonentlər yenidən kamaniyaya qoşula bilməzlər

Azercell Telecom bu gün Azərbaycanda ən böyük mobil rabitə operatorudur və 3,5 mln. abunəçiyə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti