...

Azərbaycanda1,5 milyon nəfər İnternet istifdəçisi var

Telekommunikasiya Materials 24 Dekabr 2008 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr/ Trend , müxbirlər S.Babayeva, N.İsmayılova/ "Azərbaycanda İnternet istifadəçilərinin sayı 1,5 mln. nəfər təşkil edir", - ölkənin rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çərşənbə günü  Bakıda "2008 - ci ilin prezident seçkiləri: yeni inkişaf perspektivləri" konfransında bildirib.

"2007- 2008 - ci illərdə Azərbaycanda İnternet-resursların və virtual məkanın həcmi 20 dəfə, bu sahənin iqtisadi potensialı 4,5 dəfə artıb", - idarə rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, rabitə və informasiya texnologiyaları sektorunun illik artımı 33-35 faiz təşkil edir.

Lakin bu sahənin böyük artım rəqəmlərinə baxmayaraq, onun ÜDM-in strukturundakı payı böyük deyil (Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-noyabrda 1,6 faiz) və başlıca məqsədimiz gələcəkdə bu göstəricinin artırılmasıdır, - Abbasov deyib.

"Azərbaycanda "Hər 100 ailəyə 100 telefon" və "Xalq kompüteri" kimi sosial yönümlü layihələri reallaşdıraraq, müasir İT infrastrukturu yaratmaq planlaşdırılır", - nazir vurğulayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti