...

Azərbaycanda telefon danışıqlarının trafiki artıb

Telekommunikasiya Materials 21 Yanvar 2009 18:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar/ Trend , müxbir S.Babayeva/

2008 - ci ildə Azərbaycanda telefon danışıqları üzrə beynəlxalq daxil olan trafikin həcmi 2007-ci illə müqayisədə 126,2 milyon dəqiqə artıb və 515,4 milyon dəqiqə təşkil edib, - Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, Uçot və İqtisadi Təhlil Şöbəsinin rəhbəri Rəşad Nəbiyev çərşənbə günü bildirib.

Onun sözlərinə görə, bu dövr ərzində çıxan trafikin həcmi 35,4 mln. dəqiqə - 155 mln. dəqiqəyədək artıb.

2007 - ci illə müqayisədə, beynəlxalq telefon kanallarının sayı 255 ədəd artıb və 4919 təşkil edib.

2008 - ci ildə Rabitə Nazirliyi ölkənin ümumtelekommunikasiya şəbəkəsində istifadə etmək üçün operator və provayderlərə iki milyon prefiks, stasionar telefon şəbəkəsi üçün - 161,5 min prefiks, 19 üçrəqəmli prefiks verib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti