Azərbaycan, Bakı, 04 iyul / Trend , müxbir Q.Vəliyev/
"Azərin" şirkətinin baş direktoru Qalib Qurbanovun Trend -a verdiyi məlumata əsasən, Azərbaycan Respublikası Ədliyyə nazirliyinin penitensiar xidmətinin Baş idarəsində elektron sənəd dövriyyəsi sisteminin yaradılması işləri başa çatdırılıb.
Onun sözlərinə əsasən, layihənin gerçəkləşməsi eletron sənəd dövriyyəsi sisteminin kompleks avtomatlaşdırılmasına yönəlib. Elektron sənəd dövriyyəsinin və kadr proqramının tətbiqi həyata keçirilmiş layihənin əsasını təşkil edir. Elektron sənəd dövriyyəsinin yaradılmasında verilənlər bazasının idarə etmə sisteminin işlədilməsi qısa müddət ərzində proseslərin avtomatlaşdırılması imkanı verəcək.
Elektron sənəd dövriyyəsi sisteminin tətbiqi, həmçinin müxtəlif sənədlərin işlənmə müddətinin azalmasına və onların keyfiyyətli işlənməsinə imkan verəcək. Bununla yanaşı, müxtəlif səvilyyəli rəhbər işçiləri və nazirlik strukturları işçiləri operativ informasiya əldə etmək imkanı qazanacaqlar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]