...

Azərbaycanın Ədliyyə Nazirliyi elektron idarəetmə sisteminin tətbiq edilməsi üzrə tədbirlər planını hazırlayıb

Telekommunikasiya Materials 14 İyul 2009 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul / Trend , müxbir H.Vəliyev /

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi "Məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində elektron idarəetmə və sənəd dövriyyəsi sisteminin tətbiq edilməsi üzrə tədbirlər planını hazırlayıb. Bu barədə nazirlikdən məlumat verilib.

Layihəyə əsasən, bu gün Ali Məhkəmə, Konstitusiya Məhkəməsi, Ədliyyə Nazirliyinin qeydiyyat orqanları, eləcə də Məhkəmə-Hüquq Şurasında kompüterləşdirmə və texniki təchizat həyata keçirilib.

Layihə Dünya Bankının dəstəyi ilə həyata keçirilir.

Hazırda informasiya texnologiyalarının tətbiq edilməsi yolu ilə notarial sistemin təkmilləşdirilməsi üzrə iş aparılır. Respublikanın iri şəhərlərində notarial kontorları birləşdirən, konkret əmlakla bağlı istənilən notariusdan operativ şəkildə digər notariusda edilən sövdələşmə barədə dəqiq məlumat almağa imkan verən vahid şəbəkə yaradılıb.

İş Prezident tərəfindən təsdiq edilən "2009-2013-cü illərdə Azərbaycan ədliyyəsinin inkişafı Dövlət Proqramı" çərçivəsində həyata keçirilir. Proqram qanunvericiliyin təkmilləşdirilməsi, ədliyyə orqanlarının fəaliyyətinin nizamlanması, onların fəaliyyətində informasiya texnologiyalarının tətbiq edilməsi, maddi-texniki təchizatın və işçilərin sosial müdafiəsinin yaxşılaşdırılması, kadrların peşəkarlıq səviyyəsinin qaldırılması, məhkəmə infrastrukturunun müasirləşdirilməsini və s. nəzərdə tutur.  

Hazırda Ədliyyə Nazirliyində hüquqi müəssisələrin qeydiyyatı sistemindən istifadə olunur. Proqram respublikanın bütün hüquqi qanun müəssisələrinin hesabat qeydlərinin saxlanması üçün nəzərdə tutulub. Məlumat bazası informasiyaları və bütün dəyişikliklərin xronologiyasını saxlayacaq. Məlumatların saxlanmasına ad, nömrə, müəssisənin növü, təsisçilər barədə məlumatlar, nümayəndələr, direktorlar, yerli filiallar və s. daxildir. Sistemə parametrlərin geniş yığımı və müxtəlif növ hesabatların yaradılması üzrə axtarış modulu daxildir.  

Layihə dörd komponentdən ibarətdir:

- menecmentin kompüterləşdirilmiş sisteminin və informasiya şəbəkəsinin yaradılması və treninqlərin keçirilməsi yolu ilə hüquq insitutlarının idarəetmə bacarıqlarının gücləndirilməsi;  

- məhkəmə imkanlarının artırılması - məhkəmə binalarının inşası və təmiri;

- menecment sistemində müasir texnologiyaların və kompüterləşmənin tətbiq edilməsi;

- treninqlər və müntəzəm təlim vasitəsilə hakimlərin peşəkarlığının artırılması;

- qeydiyyat və notariat haqqında məlumata əhalinin yol tapmasını yaxşılaşdıran vətəndaş məlumatlandırılması pildot praqramları.  

Layihənin ümumi dəyəri 35,6 milyon dollar təşkil edir. Dünya Bankının (DB) payına 21,6 milyon dollar düşür. Yaponiya Xüsusi Fondunun hesabından 3 milyon dollar qrant ayrılıb. Azərbaycan Hökumətinin hissəsi isə 11 milyon dollardır. Layihə beş ilə nəzərdə tutulub.

DB-dən kredit Beynəlxalq İnkişaf Asossasiyası xətti ilə, standart şərtlərlə - 35 ilə, 10 illik güzəşt dövrü ilə illik 0,75 faizlə - verilib. 10 illik güzəşt dövrü qurtardıqdan sonra kredit üzrə 1,25 faizlə, 2026-cı ildən 2041-ci ilə qədər isə 2,5 faizlə ödəmə başlayacaq. 

DB-nin direktorlar şurası 29 iyun 2006-ci ildə Azərbaycanın məhkəmə-hüquq sistemi üçün kredit ayrılmasına razılıq verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti