...

Ericson şirkəti Azərbaycanın rabitə operatorlarına telekommunikasiya avadanlıqlarının tədarükü ilə bağlı danışıqlar aparır

Telekommunikasiya Materials 11 Sentyabr 2009 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir Q.Vəliyev /

Ericson şirkəti Azərbaycanın mobil rabitə operatorları ilə üçüncü nəsil şəbəkələrinin inkişafı üçün LTE avadanlıqlarının tədarükü üzrə danışıqlar aparır, bu barədə juranslistlərə müsahibəsində Ericson şirkətinin maliyyə direktoru və icraçı vitse-prezidenti Hans Vestberq bildirib.

Vestberqin sözlərinə əsasən, hər şey mobil rabitə operatorları tərəfindən 3G standartı xidmətinin göstərilməsi üçün lisenziyanın nə dərəcədə tez alınmasından asılıdır. Şirkət bu sahədə Azərbaycanın mobil rabitə bazarının hər üç oyunçusu ilə əməkdaşlıq etmək niyyətindədir.

Azərbaycanın telekommunikasiya operatorları ilə əməkdaşlıq zamanı əsas diqqət genişzolaqlı giriş avadnlıqları və texnologiyalarına yönələcək.

"Hazırda Azərbaycan hökuməti əsasən İnternetə genişzolaqlı girişin inkişafına yönələn təkliflərimizi nəzərdən keçirir. Hələlik müvafiq infrastrukturun yaradılması, xüsusilə optik xətlərin çəkilməsi nəzərdə tutulur. Məhz bundan sonra əsas məsələlərdən biri mobil Data şəbəkələrinin qurulması olacaq ki, bu işdə biz hər bir dəstəyi göstərəcəyik", - Vestberq bildirib.

Mobil genişzolaqlı rabitə texnologiyaları sahəsində lider olan Ericson sözügedən sahədə unikal təcrübəyə malikdir və personal kompyuterlər və portativ cihazlar üçün mobil genişzolaqlı girişin təmin edilməsi üzrə kompleks proqramlar təklif edir. Şirkət mobil rabitə operatorları üçün texnoloji proqramlar və peşəkar xidmətlərin göstərilməsi üzrə dünyanın ən böyük tədarükçüsüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti