...

Azərbaycanın Dövlət poçt operatoru avtomatlaşma sistemini genişləndirir

Telekommunikasiya Materials 12 Sentyabr 2009 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr / Trend , müxbir H.Vəliyev/

"Azərpoçt" dövlət operatoru ödəmə və baş buxalteriya dəftərlərinin qəbulu modulunun tətbiqi üzrə işləri başa çatdırıb, Azərpoçt MMC-dən məlumat verilir.

"Azərpoçt"un məlumatına görə, hazırda Bakı şəhərinin altı poçt filialının buxalter sistemi avtomatlaşdırılmış korporativ informasiya sisteminə inteqrasiya edilib. Bakı şəhərinin 108 poçt filialında stasionar telefon xətləri vasitəsilə ödəmələrin qəbulu həyata keçirilir. Regional səviyyədə 21 poçt şöbəsi və Gəncənin 19 poçt filialı sistemə qoşulub.

Sadalanan şöbələrdə pul köçürmələri və nəğd olmayan hesablamaları həyata keçirməyə imkan verən moduldan istifadə edilir.

Hazırda MMC-nin avtomatlaşdırma fəaliyyətinin üçüncü mərhələsi çərçivəsində modullarda beynəlxalq pul köçürülmələrinə imkan verən məsafələrin analizi həyata keçirilir. Depozit modullarının və "İnternet Bankinq" modulunun yaxşılaşdırılmasını nəzərdə tutan dördüncü mərhələ çərçivəsində işlər başa çatır. "Müvəqqəti depozit" modulu fiziki və hüquqi şəxslərə milli və xarici valyutada müvəqqəti depozitləri artırmağa və bu xidmətə uyğun olaraq bank əməliyyatlarını avtomatlaşdırmağa imkan verir. Bu mərhələdə tətbiq edilən "İnternet Bankinq" modulu fiziki və hüquqi şəxslərə bank xidmətləri göstərməyə və bank və müştərilər arasında informasiyaların poçt mübadiləsini aparmağa imkan verir.

Beşinci mərhələ çərçivəsində "Xəzinə" modulunun analizi həyata keçirilir. "Xəzinə" modulunun tərkib hissəsi olan "Pul bazarı" və "Valyuta bazarı" modulları alış, satış və valyuta konvertasiyasını avtomatlaşdırılması, pul vasitələrinin cəlb edilməsi və yerləşdirilməsi üçün təyin edilib.

"Azərpoçt"un proqnozuna görə, sentyabrda mərkəzi şöbələrin poçt əlaqələrinin bu sistemə qoşulması üzrə işlər tamamilə başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti