Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir H.Vəliyev/
Naxçıvan Muxtar Respublikasının telekommunikasiya qovşaqları elektronlaşdırılır, bu barədə Trend -a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib.
İdarənin məlumatına görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tədbirlər planına əsasən, kommutasiya avadanlıqlarının dəyişdirilməsi və Muxtar Respublikanın mərkəzi stansiyasının nömrə tutumunun artırılması Naxçıavn şəhərində, Ordubad və Sədərək rayonlarında həyata keçirilib.
Hazırda ATS-lərin rəqəmsallaşdırılması işləri Babək, Şərur, Şahbuz və Kəngərli rayonlarında aparılır.
Layihələndirmə yaşayış məntəqələrində köhnəlmiş ATS avadanlıqlarının sökülməsini və Karel DS-200 avadanlıqlarının quraşdırılmasını, həmçinin abunə tutumunun mövcud olan ATS-lərdən EATS-a, sonra isə idarə mərkəzinə qoşulmasını nəzərdə tutur.
ATS-in yenidən qurulması abunəçilərə təqdim olunan xidmətlərin səviyyəsinin artılmasına və rabitə şəbəklərinin fəaliyyətinin etibarlılığının təmin edilməsinə imkan verəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]