Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir H.Vəliyev /
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Aztelekom İstehsalat Birliyi Abşeron telekommunikasiya qovşağının elektronlaşdırılması üzrə işləri tamamlayıb, bu barədə RİTN-nin məlumatında deyilir.
İdarənin məlumatına əsasən, şəbəkənin elektronlaşdırılması NGN bazasında həyata keçirilib ki, bu da şəbəkənin nömrə tutumunu 45 faizə kimi (14 508 nömrə) artırmağa imkan verib. Hazırda Abşeron TKQ-nın nömrə tutumu 46412 nömrə təşkil edir.
Yenidənqurma işləri nəticəsində Novxanı, Masazır, Fatmayi və Saray ATS-ləri fiberoptik magistrallara qoşulub, Xırdalan şəhərində şəbəkə infrastrukturu qurulub ki, bu da abuəçilərə bir sıra ənənəvi xidmətlərlə yanaşı genişzolaqlı rabitə, IP-TV, IP telefon, Triple Play və s. xidmətlər göstərməyə imkan verib.
Hazırda Aztelekom İB Gəncə və Sumqayıt telekommunikasiya qovşaqlarında NGN texnologiyalarının tətbiqi işlərini həyata keçirir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]