...

İlk Azərbaycan peykinin yaradılması üzrə müqavilə noyabrın sonunda imzalanacaq - nazir

Telekommunikasiya Materials 6 Noyabr 2009 13:58 (UTC +04:00)
Azərbaycanın ilk milli kosmik telekommunikasiya peykinin (Azerspace) buraxılması üzrə müqavilə noyabrın sonuna kimi imzalanacaq, bu barədə cümə günü Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
İlk Azərbaycan peykinin yaradılması üzrə müqavilə noyabrın sonunda imzalanacaq - nazir

Azərbaycan, Bakı, 06 noyabr / Trend , müxbir H.Vəliyev /

Azərbaycanın ilk milli kosmik telekommunikasiya peykinin (Azerspace) buraxılması üzrə müqavilə noyabrın sonuna kimi imzalanacaq, bu barədə cümə günü Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Peykin yaradılması üzrə tenderin qalibi Amerikanın Orbital Sciences Corporation olub.

Nazirin sözlərinə əsasən, hazırda layihələnin icraçısı və sığorta şirkəti ilə danışıqlar aparılır. Müqavilənin ilkin variantında peykin buraxılmasını Amerikanın "Falkon" raketdaşıyıcılarının köməyi ilə həyata keçirmək nəzərdə tutulmuşdu. Lakin Amerika layihəsinin ləngiməsi ilə əlaqədar olaraq Azerspace peykinin bu sahədə özünü yaxşı tanıdan Zenit raketdaşıyıcısında çıxarılmasına dair Ukroboronservis ilə danışıqlar aparılır.

RİTN-nin məlumatına əsasən, peykin dəyəri 163 milyon manat təşkil edir. Peykin inşasına təxminən 87 milyon manat, onun orbita çıxarılmasına 40 milyon manat, peykin idarəedilməsi mərkəzinə 16 milyon manat, qalan 18 milyon manat isə peykin 100 faizlik sığortasına sərf ediləcək.

Təsdiqlənmiş plana əsasən, peykin orbitə çıxarılması 2011-ci ilin sonuna kimi gözlənilir.

Peykin istismar müddəti 15 il təşkil edir, layihənin xərci peykin buraxılmasından etibarən beş il ərzində çıxarılacaq. Azərbaycan peykin resurslarının 25 faizini istifadə etmək niyyətindədir, qalan hissə isə digər ölkələrin operatorlarına təklif ediləcək.

Beynəlxalq Elektron Rabitəsi Şurası (ITU) artıq peykin buraxılması üzrə Azərbaycan üçün üç orbit mövqeyi təqdim edib. Onlardan ikisi lokal, biri beynəlxalq mövqedir.

Rabitə peykinin orbitə çıxarılması Azərbaycanın kosmik sənayesi olan ölkəyə çevrilməsi üzrə layihələrin həyata keçirilməsində ilk addım olacaq.

Milli peykin mövcudluğu ölkəyə keyfiyyətli və etibarlı rabitə, teleyayım qurmağa, həmçinin rabitə kanallarının sayını artırmağa imkan verəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti