...

Azərbaycan və Rusiya rəqəmli teleradio yayımı üçün tezlik resurslarının koordinasiyası məsələlərini razılaşdıracaqlar

Telekommunikasiya Materials 29 Mart 2010 14:07 (UTC +04:00)
Bu gün Bakıda, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Azərbaycan və Rusiyanın rəqəmli teleradio yayımı üçün tezliklərin razılaşdırılması və əlaqələndirilməsinə həsr olunmuş iki ölkə mütəxəssislərinin görüşü keçirilir. Bu barədə nazirliyin məlumatında deyilir.
Azərbaycan və Rusiya rəqəmli teleradio yayımı üçün tezlik resurslarının koordinasiyası məsələlərini razılaşdıracaqlar

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir H.Vəliyev/

Bu gün Bakıda, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Azərbaycan və Rusiyanın rəqəmli teleradio yayımı üçün tezliklərin razılaşdırılması və əlaqələndirilməsinə həsr olunmuş iki ölkə mütəxəssislərinin görüşü keçirilir. Bu barədə nazirliyin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, məsələ Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Radiotezliklər İdarəsi, RF Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi və "Baş radiotezliklər mərkəzi" federal dövlət unitar müəssisəsi arasında müzakirə olunur.

Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə əsasən, bütün ölkələr 2015-ci ildən gec olmamaqla rəqəmli teleradio yayıma keçməlidir. Azərbaycan öz ərazisində yeni formatı 2013-cü ilə kimi tətbiq etməyi planlaşdırır.

Bu gün Teleradio İstehsalat Birliyi tərəfindən Bakı və Abşeron yarımadası ərazisində rəqəmsal televiziyanın sınaq istismarı həyata keçirilir. Rəqəmsal yayımlama üçün ötürücü stansiyalar quraşdırılıb. Quraşdırılan stansiyaların gücü paytaxt və Abşeron ərazisini tam əhatə etməyə imkan verir.

Təcrübə işləri relyefin mürəkkəbliyini nəzərə alaraq, dəqiq hesablamanın aparılmasını nəzərdə tutur.

Təcrübi işlər başa çatandan sonra, rəqəmsal televiziyanın genişləndirilməsinə dair işlər regional səviyyədə həyata keçiriləcək.

Rəqəmsal televiziyanın yayımlanması MPEG-4 standartında həyata keçirilir. Yerli telekanallar arasında rəqəmsal formatda təmsil olunan kanallar hələ ki AzTV və İTV-dir. Rəqəmsal paketə qoşulmaq üçün, həmçinin, ATV, "Lider" və ANS telekanalları istəklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti