...

Azərbaycanın rabitə operatoru İsmayıllı TKQ-nın kənd ATS-ni Trans-Asiya-Avropa kabel magistralına qoşub

Telekommunikasiya Materials 2 Aprel 2010 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Aztelekom İstehsalat Birliyi İsmayıllı telekommunikasiya qovşağının kənd ATS-ni Trans-Asiya-Avropa (TAA) magistralı optik lif kabelinə qoşub. Bu barədə RİTN-in məlumatında bildirilir.

Nazirliyin məlumatına görə, hazırda genişzolaqlı internet xidmətlərinin göstərilməsi üçün operator tərəfindən montaj tutumu 80 min nömrə olan elektron ATS-lərin və 48 port telekommunikasiya avadanlığının istismara verilməsi planlaşdırılıb.

Hazırda İsmayıllı rayonunda genişzolaqlı internet abunəçilərinin sayı 500 istifadəçi təşkil edir. Bunlardan 30 faizi genişzolaqlı çıxış istifadəçiləridir.

İsmayıllı TKQ-nin ümumi montaj tutumu 14 256 nömrə təşkil edir. Bu gün hər 100 ailəyə 78 telefon düşür.

İlin əvvəlindən İsmayıllı TKQ-da 256 nömrə tutumu olan elektron ATS istismara verilib. İlin sonunadək TAA xəttinə 700 nömrəlik kənd ATS-i qoşulacaq.

Xəbər lenti

Xəbər lenti